...

İstanbul sakinləri Türkiyənin İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirakına etiraz edirlər

Siyasət Materials 2 Oktyabr 2014 17:09 (UTC +04:00)
İstanbul sakinləri ölkə parlamentinin Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriya ərazisindəki "İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı əməliyatlarda iştirakına icazə verən mandatın qəbul edilməsinə etiraz edirlər.
İstanbul sakinləri Türkiyənin İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirakına etiraz edirlər

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbul sakinləri ölkə parlamentinin Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriya ərazisindəki "İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı əməliyatlarda iştirakına icazə verən mandatın qəbul edilməsinə etiraz edirlər. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Mandata etiraz əlaməti olaraq 200-dən artıq qadın İstanbulun Avropa ilə Asiya hissəsini birləşdirən körpüdə hərəkəti dayandırıblar.

İstanbul polisi etiraz aksiyasının 16 iştirakçısını saxlayıb.

Qeyd edək ki, pktyabrın 2-də Türkiyə parlamenti İraq və Suriya ərazisində Türkiyə üçün təhdid yaranacağı halda Silahlı Qüvvələrin həmin ölkələrin ərazisində "İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı əməliyatlarda iştirakına icazə verən mandatı müzakirə edib.

Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və kürdyönlü Xalqların Demokratik Partiyası (HDP) mandatın qəbuluna səs veriblər.

Milliyyətçi Hərəkat Partiyası (MHP) və hakim Ədalət və İnkişaf Partiyası (AKP) da mandatın qəbul edilməsinə tərəfdardırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti