Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeni təbrik edib.
Təbrikdə deyilir: "İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin, qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da inkişafı və genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".
İlham Əliyev Bu əlamətdar gündə VI Felipeyə möhkəm cansağlığı, işlərində uğurlar, dost İspaniya xalqına daim sülh və firavanlıq arzulayıb.