...

Alman nazir: "Azərbaycandan xüsusi gözləntilərimiz var" (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Oktyabr 2014 12:57 (UTC +04:00)
Azərbaycan Almaniyanın xarici siyasət konsepsiyasında mühüm yer tutur. Azərbaycanın sayəsində Avropanın enerji müstəqilliyi təmin olunur.
Alman nazir: "Azərbaycandan xüsusi gözləntilərimiz var" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Almaniya Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonunda Parisdə keçiriləcək növbəti görüşünün yekunlarını səbirsizliklə gözləyir. Trend xəbər verir ki, bu barədə cümə axşamı Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda brifinqdə deyib.

Nazirin sözlərinə görə, o, Azərbaycan rəhbərliyi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Həmin görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinə dair də müzakirə aparılıb: "Almaniya qoşunların təmas xəttindəki gərginlikdən son dərəcə narahatdır, vəziyyəti diqqətlə izləyir və münaqişənin tezliklə nizamlanmasının istəyir".

Ştaynmayer bildirib ki, Azərbaycan Almaniyanın xarici siyasət konsepsiyasında mühüm yer tutur. Azərbaycanın sayəsində Avropanın enerji müstəqilliyi təmin olunur: "Mənim Azərbaycana səfərim ikitərəfli münasibətlərin inkişafına yönəlib".

Onun sözlərinə görə, bu gün iki ölkə arasında ticarət əlaqələri yüksək səviyyədədir. Ötən il Azərbaycanla Almaniya arasında əmtəə dövriyyəsinin həcmi 3 milyard dollara yaxın olub: "Biz bu gün Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın yerinə yetirdiyi missiyanı alqışlayırıq. Bizim bu missiya çərçivəsində Azərbaycandan xüsusi gözləntilərimiz var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti