...

Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib

Siyasət Materials 8 Dekabr 2014 13:41 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib.
Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib. Hazırda Azərbaycan səfirliyinin fəaliyyətinə heç nə təhlükə törətmir, lakin diplomatik missiya Qahirədə vaxtaşırı baş verən gərginlik fonunda təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

Bu arada Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Krallığın Qahirədəki səfirliyi təhlükəsizliklə bağlı müxtəlif xidmətlərin göstərilməsini müvəqqəti dayandırıb: "Britaniya səfirliyi dekabrın 7-dən işini dayandırır. Krallığın İsgəndəriyyədəki konsulluğu isə adi rejimdə işləyir".

Qeyd edək ki, ötən həftə Qahirədə məhkəmənin Misirin sabiq prezidenti Hüsnü Mübarəkə bəraət qərarı verməsi fonunda etiraz aksiyaları keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti