...

Azərbaycan və Türkiyə yüksək səviyyəli hərbi dialoq aparacaqlar

Siyasət Materials 13 Dekabr 2014 09:58 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan və Türkiyə yüksək səviyyəli hərbi dialoq aparacaqlar

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 15-dən 17-dək Türkiyənin Marmaris şəhərində "Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma" kursu, dekabrın 15-dan 18-dək isə Türkiyənin paytaxtı Ankara şəhərində 7-ci "Azərbaycan-Türkiyə: Yüksək səviyyəli hərbi dialoq iclası" keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti