...

İntiqam Babayev: Azərbaycan gəncinin ölkə Prezidentinə hədiyyəsi dövlət siyasətinin həyata keçirilməsində fəal iştirakıdır

Siyasət Materials 24 Dekabr 2014 12:12 (UTC +04:00)
Hər bir Azərbaycan gəncinin ölkə Prezidentinə hədiyyəsi dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etməsi, öz potensialını ortaya qoymasıdır.
İntiqam Babayev: Azərbaycan gəncinin ölkə Prezidentinə hədiyyəsi dövlət siyasətinin həyata keçirilməsində fəal iştirakıdır

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlkin İzzət/

Hər bir Azərbaycan gəncinin ölkə Prezidentinə hədiyyəsi dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etməsi, öz potensialını ortaya qoymasıdır. Trend xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev "İrəli" İctimai Birliyinin fəaliyyətinin son 6 aylıq hesabatının və yeni korporativ üslubunun təqdimat mərasimində bildirib.

Nazir müavini qeyd edib ki, dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal olan "İrəli" İB 6 il əvvəl Prezident İlham Əliyevin doğum günündə təsis edilib: "Bu təşkilat cəmi 6 il ərzində gənclər arasında brend təşkilata çevrilə bilib. Təşkilatın ideya mənbəyi, kreativ yanaşması var və gənclər bu təşkilata üzv olmaqda davam edirlər".

İ.Babayev qeyd edib ki, nazirliyin əsas tərəfdaşları gənclər təşkilatlarıdır. Onlar böyük potensialı olan gəncləri birləşdirir: "Biz hədəf qoymamışıq ki, gənclər hansısa təşkilatın üzvü olsunlar. Əsas odur ki, onlar Vətənə sadiq olsunlar və öz üzərinə düşən öhdəlikləri yerinə yetirsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti