...

Müsavat Partiyası Parisdə törədilən terror aktını pisləyir

Siyasət Materials 8 Yanvar 2015 15:40 (UTC +04:00)
Müsavat Partiyası Fransanın paytaxtı Paris şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktını pisləyir.
Müsavat Partiyası Parisdə törədilən terror aktını pisləyir

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyası Fransanın paytaxtı Paris şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktını pisləyir.

Partiyadan Trend-ə daxil olan bəyanatda qeyd edilir: "Fransanın paytaxtı Paris şəhərində "Charlie Hebdo" jurnalının redaksiyasına naməlum şəxslər tərəfindən edilən hücum nəticəsində 12 nəfərin öldüyü, 10 nəfərdən artıq insanın yaralandığı, yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğu haqqında məlumatlar dünyanın kütləvi informasiya vasitələrində geniş yayılıb.

Terror hadisəsi jurnalın redaksiyasında jurnalistlərə qarşı törədildiyinə görə söz və mətbuat azadlığına qarşı yönəlsə də, əsas məqsədin konfensiyalar arasında ziddiyyət yaratmaq olduğu ehtimalı da böyükdür.

Müsavat Partiyası bu terror hadisəsini qətiyyətlə pisləyir, belə halların təkrar olunmaması üçün dünya ictimaiyyətinin səylərinin artırılmasını məqsədəuyğun hesab edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti