Siyavuş Novruzov: Parlament seçkilərində YAP-ın namizədlərinin tərkibində dəyişikliklər olacaq (MÜSAHİBƏ)

Siyavuş Novruzov: Parlament seçkilərində YAP-ın namizədlərinin tərkibində dəyişikliklər olacaq (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Trend-ə müsahibəsi

- Siyavuş müəllim, bildiyiniz kimi, qarşıdan növbəti parlament seçkiləri gəlir. Yeni Azərbaycan Partiyası parlament seçkiləri ilə bağlı hazırlıqlara başlayıb. Partiya bu istiqamətdə hansı işləri görür?

- Əlbəttə, partiya seçkilərə hazırlaşır. Yeni Azərbaycan Partiyası ötən ilin nəticələrini artıq yekunlaşdırıb. Bunlar statistik və digər hesabatları, il ərzində görülən işləri, bələdiyyə seçkilərini və digər məsələləri əhatə edir. Bildiyiniz kimi, bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının tam qələbəsi ilə başa çatdı. Yeni Azərbaycan Partiyası bələdiyyələrin təxminən 68 faizdən çoxunda qələbə qazandı. Bunların hamısı bu həftə ərzində partiyanın İdarə Heyəti tərəfindən təsdiq olunacaq. Bundan sonra cari il üçün tərtib edilən tədbirlər planı təsdiq ediləcək. Təbii ki, bu tədbirlər planında qarşıda duran əsas vəzifələrdən biri də parlament seçkilərinə hazırlıqdır. Bununla bağlı müxtəlif proqramlar hazırlanacaq. Hələlik ötən ilin hesabatlarının təsdiq olunması ilə bağlı iş gedir. Bundan sonra əsas diqqət parlament seçkilərinin keçirilməsinə yönələcək.

- Bələdiyyə seçkilərindən əvvəl qeyd etmişdiniz ki, YAP-ın namizədlərinin tərkibində dəyişikliklər olacaq. Bəs parlament seçkilərində namizədlərin tərkibində dəyişikliklər gözlənilirmi?

- Təbii ki. Misal üçün, qeyd edə bilərəm ki, builki bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən və seçilənlər arasında kifayət qədər dəyişikliklər oldu. Seçilən 10 315 bələdiyyə üzvünün 30 faizdən çoxu yeni tərkibdə seçilib. Burada gənclər və qadınlar da üstünlük təşkil edib. Hesab edirəm ki, parlament seçkilərində də dəyişikliklər olacaq. Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək.

- Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının üzvlərinə sərbəstlik verilə bilərmi və ya onlar yalnız partiyanın müəyyən etdiyi proqram çərçivəsində seçkilərə getməlidirlər?

- Bunu düşünmürəm. Bələdiyyə seçkilərində qismən də olsa partiya üzvlərinə sərbəstlik verildi. Yəni 3 minə yaxın partiya üzvü fərdi qaydada namizədliyini irəli sürmüşdü. Əlbəttə, seçmək və seçilmək hüququ hər bir vətəndaşın konstitusion hüququdur. Həm Konstitusiyada, həm də Seçki Məcəlləsində normalar mövcuddur ki, yaşı 25-dən yuxarı olan istənilən Azərbaycan vətəndaşı bu normalara uyğun öz namizədliyin irəli sürə bilər və seçilə bilər. Lakin burada bir partiya prinsipi də var. Partiyanın siyasi xətti var və partiya siyasi xəttinə uyğun şəkildə də namizədlərini müəyyənləşdirir və irəli sürür. Əgər kimsə bu xətti istəmirsə, öz hüquqlarını bu siyasi xətt ilə üst-üstə salmırsa, onda o, partiyadan hər hansı bir dəstəyə, köməyə arxalana bilməz. O, artıq fərdi qaydada, bir vətəndaş kimi öz namizədliyini irəli sürə bilər. Yəni həmin şəxs Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə gedə bilməz, çünki partiyanın siyasi xəttinə uyğun olan namizədləri var, onların namizədliyini irəli sürür və onlara imzatoplama, təbliğat-təşviqat kampaniyasında və digər məsələlərdə dəstək göstərir.

- Bildiyiniz kimi, müxalifət partiyaları da parlament seçkilərinə hazırlıqlara başlayıblar, müxtəlif bloklar yaratmağa cəhd edirlər, ancaq hələ ki uğurlu nəticələr əldə edə bilməyiblər. Müxalifət partiyalarının seçkilərə hazırlıqlarını necə dəyərləndirirsiniz?

- Təbii ki, müxalifət partiyalarının çoxu çalışacaq ki, parlament seçkilərində iştirak etsin. Bilirsiniz ki, Azərbaycanda 50-yə yaxın siyasi partiya qeydiyyatdan keçib. Qeydiyyatdan keçməyən partiyalar da var və bunların da əksəriyyəti seçki prosesinə qatılmağa çalışacaqlar və bir çoxu da bloklar şəklində. Çünki həmin partiyaların böyük əksəriyyətinin heç bir potensialı yoxdur, heç ayrı-ayrı dairələrdən irəli sürməyə namizədləri də yoxdur. Bilirsiniz ki, Azərbaycanda 125 seçki dairəsi var və onların hər birindən namizəd irəli sürmək müxalifət partiyaları üçün çətinlik yaradır. Ola bilər ki, hansısa şəhərlərdə dairələrdə namizəd irəli sürsünlər. Amma kənd rayonlarında və yaxud ayrı-ayrı dairələrdə onların namizəd irəli sürməkdə çətinlikləri olacaq.

Müxalifət partiyalarının seçki prosesində aktiv iştirak etməyə cəhd göstərməsində ikinci bir səbəb ondan ibarətdir ki, siyasi partiyaların maliyyələşməsi parlament seçkiləri ilə əlaqədardır. Əgər siyasi partiya parlament seçkilərində iştirak edirsə, hətta seçilməsə belə, seçicilərin 3 faizdən artıq səsini qazanırsa, artıq budcədən ayrılmış maliyyənin 10 faizinin bölüşdürülməsində iştirak edə bilər ki, bu da kifayət qədər vəsait deməkdir. O vəsaiti almaq üçün təbii ki, siyasi partiyalar cəhd göstərəcəklər. Hesab edirəm ki, bir qrup partiya buna cəhd edə biləcək. Bir qrup da var ki, çox acınacaqlı bir vəziyyətdədir. Misal üçün, Müsavat Partiyası deyir ki, namizədlər müəyyənləşdirir, əgər orada namizəd qalıbsa. Partiyada artıq namizəd qalmayıb. Çünki partiya iki hissədən ibarətdir və hansı qanadın müəyyənləşdirdiyi, kimləri müəyyənləşdirdiyi məlum deyil. Xalq Cəbhəsi Partiyasında isə ümumiyyətlə heç kim yoxdur. Belə deyək, Əli Kərimlinin cangüdənləri, sürücüləri və belə insanlardan ibarət şuradır. Ona görə də çox güman ki, bunlar əsas gücü QHT rəhbərlərinə verəcəklər. QHT rəhbərlərini, jurnalistləri, qəzet redaktorlarını öz adlarından namizəd kimi irəli sürəcəklər ki, görünsün ki, bunlar da parlament seçkilərində iştirak edirər.

- Müsavat Partiyası və AXCP adını qeyd etdiniz. Bu iki partiya arasında bir müddət öncə baş tutan görüşü necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, prezident seçkilərində İsa Qəmbər özü vahid namizəd olmaq istəyirdi. Lakin Əli Kərimli və onun ətrafındakıların ciddi cəhdləri nəticəsində İsa Qəmbərin namizədliyinə imkan verilmədi və başladılar neytral namizəd axtarmağa. Bir neçə uğursuz namizəd tapdılar və bununla da bunların vəziyyəti yekunlaşdı. Hazırda da Müsavat ilə AXCP arasında çox ciddi qarşıdurma var. Elə son mitinqlərində də aydın şəkildə göründü ki, AXCP öz mitinqinə Müsavatı buraxmadı, aşağıda saxlayıb hərəsinə bir şəkil verib ictimaiyyət qarşısında biabır etdi. Müsavatın mitinq keçirməsi cəhdi də çox ciddi şəkildə AXCP tərəfindən pozuldu və orada çox cüzi sayda insan iştirak etdi. Bu baxımdan, bunların görüşməsi mənasız bir şeydir. Bunlar arasındakı bu qarşıdurma parlament seçkilərində daha da dərinləşəcək.

Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
Loading Bars
Xəbər lenti
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Ötən gün Azərbaycanda 24 yanğın qeydə alınıb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tərkibi məlum olub (SİYAHI)
Zəngilan rayonunun Qaradərə kəndi (VİDEO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bir qrup qadın orden və medallarla təltif edilib (SİYAHI)
Azərbaycan qadınlarına fəxri adlar verilib - SƏRƏNCAM
YAP-ın yeni yaradılan Təftiş Komissiyasının tərkibi məlum olub (SİYAHI)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib (VİDEO)
Kənddən şəhərə yarmarkaları yenidən başlayıb (FOTO)
Roma papası İraq şiələrinin lideri ilə görüşüb
Əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan keçirilib, 3 nəfər keçid balını toplayıb
Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Gəncədə sayğac oğrusu saxlanılıb (FOTO)
Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb (FOTO)
Masallıda ikimərtəbəli evdə yanğın olub
Dünya Bankı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Bütün xəbərlər