...

Azərbaycan-Türkmənistan münasibətlərinin cari səviyyəsi yüksək qiymətləndirilir

Siyasət Materials 29 Yanvar 2015 18:24 (UTC +04:00)
Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri Raşid Meredovla görüşüb.
Azərbaycan-Türkmənistan münasibətlərinin cari səviyyəsi yüksək qiymətləndirilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri Raşid Meredovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.

Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Görüş zamanı siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət və idman səhəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa oyunları, Türkmənistanda keçiriləcək Aziada-2017 idman tədbirlərinin əhəmiyyəti qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti