...

İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib

Siyasət Materials 3 Fevral 2015 18:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti