...

Svante Kornell: ABŞ-ın regiondakı hadisələrə qeyri-adekvat reaksiyası Azərbaycana təsir edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Fevral 2015 09:37 (UTC +04:00)
Azərbaycan-ABŞ münasibətlərində gərginliyin yaranmasının səbəbi Cənubi Qafqazda daim dəyişən vəziyyət ola bilər.
Svante Kornell: ABŞ-ın regiondakı hadisələrə qeyri-adekvat reaksiyası Azərbaycana təsir edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan-ABŞ münasibətlərində gərginliyin yaranmasının səbəbi Cənubi Qafqazda daim dəyişən vəziyyət ola bilər. Bunu Trend-ə isveçli alim, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi və direktoru, Mərkəzi Asiya və Qafqaz İnstitutunun və "İpək yolu" araşdırmalar Proqramının araşdırmalar üzrə direktoru Svante Kornell bildirib.

Son vaxtlar ABŞ siyasi dairələri və KİV-i Azərbaycanı tənqid edirlər ki, bu da məqsədyönlü xarakter alıb.

S.Kornell bildirib: "Birləşmiş Ştatların regionda yaranmış vəziyyətə qeyri-adekvat reaksiyası Azərbaycan və ABŞ-ın münasibətlərində gərginlik yaradır".

Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətlərində gərginliyin yaranmasının daha bir səbəbi Birləşmiş Ştatların Azərbaycanla bağlı dəqiq strategiyasının olmamasıdır: "Bununla bağlı, məsələn, 10 il əvvəl problem yox idi".

Regiondakı vəziyyəti şərh edən ekspert bildirib ki, son 10 il ərzində Cənubi Qafqaz ölkələrinin suverenliyi və müstəqilliyi kəskin şəkildə güclənib.

Kornellin sözlərinə görə, Gürcüstandakı müharibədən sonra bir çoxları gördülər ki, Rusiyanın digər ölkələrin suverenliyinə müdaxilə cəhdlərinin qarşısını almaq çox çətindir: "Əgər vəziyyətə nəzər salsaq, görə bilərik ki, Rusiya Gürcüstana soxuldu və Ermənistana Avropaya inteqrasiyanın istənilən formasını qadağan etdi. Nəticədə sonuncu Aİİ-yə qoşuldu. Rusiya bu gün region ölkələrinin müstəqilliyini daha çox təhdid edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti