...

Rəsmi Bakıdan daha bir bəyanat

Siyasət Materials 16 Fevral 2015 11:22 (UTC +04:00)
Biz Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik.
Rəsmi Bakıdan daha bir bəyanat

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Səba Ağayeva/

"Biz Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik. Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə baş sağlığı veririk". Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsinə dair şərh edərkən deyib.

H.Hcıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Misir xalqının kədərinə şərik çıxır və bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: "Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti