...

Boris Nemtsovun köməkçisi: "O, sosial şəbəkələrdə təhdid edilirdi"

Siyasət Materials 28 Fevral 2015 10:47 (UTC +04:00)
Rusiyanın tanınmış siyasətçisi, deputat Boris Nemtsov bir necə ay bundan əvvəl sosial şəbəkələr vasitəsi ilə təhdid edilib.
Boris Nemtsovun köməkçisi: "O, sosial şəbəkələrdə təhdid edilirdi"

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Rusiyanın tanınmış siyasətçisi, deputat Boris Nemtsov bir necə ay bundan əvvəl sosial şəbəkələr vasitəsilə təhdid edilib. Bunu Boris Nemtsovun Dövlət Dumasındakı köməkçisi Olqa Baxtina deyib. Bu barədə Trend TASS Agentliyinə istinadən bildirir.

Köməkçinin sözlərinə görə, hətta 2014-cü ilin sonunda sosial şəbəkələrdə Boris Nemtsova edilən təhdidlərin biri ilə bağlı polis orqanlarına müraciət edilmişdi.

O.Vaxtina qətlin qısqanclıq zəminində baş vermə ehtimalını mümkün saymır: "Boris Nemtsov çox güclü diplomat idi. Mənə məlum olan odur ki, onun bütün uşaqları və arvadları ilə münasibətləri yaxşı idi".

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan B.Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən bir neçə dəfə atılan atəş nəticəsində hadisə yerində keçinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti