...

Zakir Həsənov Xorvatiya və Sloveniyada hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək

Siyasət Materials 10 Mart 2015 15:07 (UTC +04:00)
Azərbaycan Respublikası Müdafiə nazirinin Xorvatiya və Sloveniyaya rəsmi səfəri başlayıb.
Zakir Həsənov Xorvatiya və Sloveniyada hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikası müdafiə nazirinin Xorvatiya və Sloveniyaya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası və Sloveniya Respublikasına rəsmi səfərə gedib.

Müdafiə naziri Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniya Respublikasının müdafiə naziri Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada olacaq.

Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti