...

Zakir Həsənov Sloveniya Parlamentində (FOTO)

Siyasət Materials 14 Mart 2015 12:54 (UTC +04:00)
Sloveniyada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənovu bu ölkənin parlamentinin sədri doktor Milan Brqlez qəbul edib.
Zakir Həsənov Sloveniya Parlamentində (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Sloveniyada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənovu bu ölkənin parlamentinin sədri doktor Milan Brqlez qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin getdikcə genişlənməsi və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

M.Brqlez dövlətlərimiz arasında oxşar tarixin və bir sıra ümumi maraqların olduğunu əsas gətirərək qarşılıqlı fəaliyyətlərin bundan sonra da davam edəcəyinə və birgə səylərin artırılacağına ümidvar olduğunu qeyd edib.

Onun sözlərinə görə, II Dünya müharibəsi illərində partizan hərəkatında iştirak edərək qəhrəmancasına həlak olan və Sloveniya torpağında dəfn edilən əfsanəvi Mehdi Hüseynzadə xalqlarımız arasında məhz həmin mənəvi körpünün əsasını təşkil edir.

Müdafiə naziri öz növbəsində Azərbaycanın dəyərli qəhrəmanının xatirəsinə göstərilən ehtirama görə Sloveniya rəhbərliyinə və xalqına dərin minnətdarlığını bildirərək Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin üzləşdiyi digər təhlükəsizlik məsələlərini də xüsusi olaraq diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti