...

XİN: Qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşlarının mövcudluğu araşdırılır

Siyasət Materials 24 Mart 2015 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığı ilə Fransada, Almaniyada və İspaniyada olan ölkənin səfirlikləri Alp dağlarında qəzaya uğramış təyyarənin sərnişinlərinin arasında Azərbaycan vətəndaşlarının mövcudluğunu araşdırır.

Bunu Trend-ə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

Germanwings aviaşirkətinin Airbus A320 tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti