...

Bolqarıstanın Azərbaycandakı səfiri Türkmənistanda da akkreditə olunacaq

Siyasət Materials 26 Mart 2015 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Bolqarıstanın Azərbaycandakı səfiri Mayya Xristova Türkmənistanda da akkreditə olunacaq. Bu barədə Trend Bolqarıstanın "Public Service Knowledge Network" portalına istinadən məlumat verir.

Bundan əvvəl Türmənistanla bağlı işlərə Bolqarıstanın Moskvadakı səfiri cavabdeh idi.

Məlumatda deyilir ki, Bolqarıstan hakimiyyəti energetika sahəsində təcrübəli diplomat kimi M.Xristovanın namizədləyini irəli sürüb. Belə ki, Bolqarıstanın bu sahədə Türkmənistanla daha sıx tərəfdaşlığa ehtiyacı var.

Xanım M.Xristova Azərbaycandakı diplomatik missiyanın başçısı təyin olunmamışdan əvvəl energetika nazirinin müavini vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti