...

Məmmədbağır Əliyevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib

Siyasət Materials 8 Aprel 2015 18:49 (UTC +04:00)
Prezident İlham Əliyev Məmmədbağır Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.
Məmmədbağır Əliyevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Prezident İlham Əliyev Məmmədbağır Əliyevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nun verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası üçün tibb kadrlarının hazırlanması və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilsin.

Qeyd edək ki, həkim-alim, ictimai xadim, tibb elmləri doktoru, professor, Rusiya Federasiyası dövlət mükafatı laureatı M.Əliyev Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, Elmi-Tədqiqat Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru və Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti