...

Ziyafət Əsgərov: "İnsan hüquqlarını alver predmetinə çevirib, hansısa ölkənin daxili işlərinə qarışmaq olmaz"

Siyasət Materials 7 May 2015 13:05 (UTC +04:00)
Heç bir ölkənin digər ölkəyə insan hüquqları adı altında, bunu alver predmetinə çevirib onun daxili işlərinə qarışmaq olmaz. Lakin hazırda bunların mövcud olması bizi narahat edir.
Ziyafət Əsgərov: "İnsan hüquqlarını alver predmetinə çevirib, hansısa ölkənin daxili işlərinə qarışmaq olmaz"

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət /

"Heç bir ölkənin digər ölkəyə insan hüquqları adı altında, bunu alver predmetinə çevirib onun daxili işlərinə qarışmaq olmaz. Lakin hazırda bunların mövcud olması bizi narahat edir". Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov jurnalistlərə müxalifət nümayəndələrinin "Azərbaycan iqtidarı niyə ABŞ-ı, Barak Obama administrasiyasını tənqid atəşinə tutur, amma Rusiyanı, Putini yox?" fikirlərinə münasibət bildirərkən deyib.

Vitse-spiker qeyd edib ki, Azərbaycan həmişə ATƏT-in Minsk Qrupu üzvlərini - ABŞ-ı, Rusiyanı, Fransanı tənqid edib: "Lakin 20 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında heç bir irəliləyiş əldə edilməyib. Amma burada yanaşma fərqli olmalıdır. Bir var ki, hansısa dövləti tənqid edəsən, məsələn, biz də tənqid edə bilərik, bizi də tənqid edə bilərlər, bir də var ki, ölkənin daxili işlərinə qarışasan. Söhbət bundan gedir".

Z.Əsgərov qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn bərabərhüquqlu subyektidir, digər dövlətlərlə eyni əsaslarla əməkdaşlıq edir, o cümlədən, ABŞ da Azərbaycanın strateji tərəfdaşıdır: "Dövlətlər bərabərhüquqlu subyektlərdirsə, onda bir-birinə normal, səmimi yanaşmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti