Prezident İlham Əliyev: Azərbaycan və Vyetnam dinamik və davamlı inkişaf yolunda olan ölkələrdir (MÜSAHİBƏ)

Prezident İlham Əliyev: Azərbaycan və Vyetnam dinamik və davamlı inkişaf yolunda olan ölkələrdir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri çərçivəsində Vyetnam İnformasiya Agentliyinin Avropadakı müxbirinə müsahibə verib. Trend AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

- Azərbaycan ilə Vyetnam arasında münasibətlərin vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Bu münasibətlərin böyük tarixi vardır. Azərbaycan xalqı Vyetnama həmişə böyük sevgi və rəğbətlə yanaşıb. Sizin ölkənizin ən çətin dövrlərində azərbaycanlılar Vyetnam ilə həmrəy olublar. Elə bu dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək hissləri bizim bugünkü ikitərəfli münasibətlərimizin xarakterini və formasını müəyyənləşdirib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsi razılıq doğurur.

Əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini xüsusi qeyd etmək istəyirəm. Ötən ilin mayında mənim Vyetnama çox uğurlu dövlət səfərim oldu. Səfər zamanı mənə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyi böyük məmnunluq hissi ilə xatırlayıram. Bu səfər heç şübhəsiz ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsində böyük rol oynayıb. Həmin səfər zamanı biz Azərbaycan-Vyetnam əlaqələrinin müxtəlif sahələrini geniş müzakirə etdik. Bir neçə il bundan əvvəl Vyetnamda Azərbaycan səfirliyi açılıb. Hesab edirəm ki, bu, münasibətlərimizin inkişafında irəliyə atılmış mühüm addımdır. Ümid edirəm ki, yaxın zamanlarda Vyetnamın da Azərbaycanda səfirliyi açılacaq və bu, ölkələrimiz arasında əlaqələrin daha da irəliyə aparılmasına öz töhfəsini verəcək.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi də böyük önəm daşıyır. Əminəm ki, bu əməkdaşlıq ölkələrimizin üzv olduqları bütün beynəlxalq təşkilatlarda daha da möhkəmlənəcək. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın da xüsusi əhəmiyyəti vardır. Vyetnam Parlamentində Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycanın Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Ölkələrimiz arasında aparılan məsləhətləşmələr və müxtəlif qurumlar arasında əlaqələr ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verir.

- Azərbaycanın və Vyetnamın potensiallarını nəzərə alsaq, hansı sahələrdə əməkdaşlıq üçün perspektivlərimiz var?

- Azərbaycan və Vyetnam dinamik və davamlı inkişaf yolunda olan ölkələrdir. Xüsusilə vurğulamaq istərdim ki, dünyada baş verən maliyyə-iqtisadi böhrana baxmayaraq, ölkələrimizin iqtisadi inkişafının artım templəri davam edir.

Qeyd edim ki, Azərbaycanın və Vyetnamın neft-qaz sahəsində böyük təcrübə və uğurları var. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnamın Neft və Qaz Korporasiyası "Petrovyetnam" arasında Strateji Əməkdaşlıq haqqında" Saziş bu sahədə əməkdaşlığın inkişaf perspektivləri üçün yaxşı imkanlar açır. "Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında" sənəd də iqtisadi sahədə əməkdaşlıq üçün mühüm hüquqi əsas yaradır. Önəmlidir ki, Azərbaycanda və Vyetnamda çoxlu sayda iş adamlarının iştirakı ilə biznes-forumlar keçirilib. Biznes əlaqələri qurmaq üçün bu, çox yaxşı fürsət yaradır. Təsadüfi deyil ki, Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində və XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında Vyetnam şirkətləri ilk dəfə olaraq böyük həvəslə iştirak ediblər.

Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyulması üçün də yaxşı imkanlar vardır. Ticarət, biznes sahələrində qarşılıqlı fəaliyyət üçün kifayət qədər potensial mövcuddur. 2015-ci ilin yanvar-mart aylarında Vyetnam Sosialist Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb, ixrac əməliyyatları bərpa olunub. Biz bu istiqamətdə fəaliyyətimizi daha da artırmalıyıq. Bir sözlə, ikitərəfli əlaqələrin inkişaf istiqamətləri olduqca genişdir, bütün bunlar araşdırılmalı və əməkdaşlığımızın yeni sahələri müəyyənləşdirilməli və inkişaf etdirilməlidir.

Humanitar sahədə əməkdaşlığımızın uğurla inkişaf etdirilməsi və bu əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün də gözəl perspektivlər vardır. Humanitar münasibətlərimizin təməlini vaxtilə Azərbaycanda təhsil alan və gənclik illərini bizim ölkədə keçirən Vyetnam vətəndaşları qoyublar. Fərəhləndirici haldır ki, onlar indi öz ölkəsində müxtəlif dövlət, hökumət və ictimai vəzifələrdə çalışır, Vyetnamın tərəqqisi işinə öz töhfəsini verirlər. Vyetnama dövlət səfərim zamanı bu insanlarla görüşümüz və həmin görüş zamanı göstərilən səmimiyyət və qonaqpərvərlik yaddaşımızda xoş xatirələrlə qalıb. Təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığımızın inkişafı üçün də çox gözəl imkanlar vardır.

- Siz Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana gözlənilən dövlət səfəri zamanı tərəflərin hansı məsələləri müzakirə edəcəkləri barədə məlumat verə bilərsinizmi?

- Bir daha qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər xüsusi əhəmiyyət daşıyır. Bu gün həm Azərbaycan, həm Vyetnam davamlı inkişaf yolundadır. Yerləşdiyi regionlarda və daha geniş məkanda iqtisadi inkişaf işinə öz layiqli töhfələrini verirlər və hər iki ölkə rəhbərliyi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün siyasi iradə nümayiş etdirirlər. Bütün bunlar əlaqələrimizin daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün güclü potensial yaradır.

Vyetnam Sosialist Respublikasının Prezidentinin ölkəmizə qarşıdakı səfəri zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin daha da inkişaf etdirilməsi, mövcud potensialdan yararlanaraq iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün konkret planların müəyyənləşdirilməsi məsələlərinin müzakirəsi baxımından önəmlidir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hər iki tərəf əlaqələrimizin inkişafına böyük maraq göstərir. Əminliklə demək olar ki, bu səfər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlərin tarixində yeni səhifə açacaqdır.

- Çox sağ olun cənab Prezident!

Bakıda "Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)
Bakıda "Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)
Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq
Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq
Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi
Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi
Loading Bars
Xəbər lenti
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Bakıda ikimərtəbəli ev yanıb
Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində qəbul keçirilib
Bakıda "Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)
Aeroport yolunda qəza: Nəqliyyatın hərəkətində sıxlıq yaranıb
AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib (FOTO)
Ceyhun Bayramov BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)
Zərdabda yük maşını yanıb
Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi - RƏY
Yüksək bal toplamış kursantlarla görüş keçirilib
Məhkəmələrin istifadəsi üçün nəzərdə tutulan avtomobillərin sayı artırıldı - QƏRAR
ABŞ-da "TikTok" yükləmək qadağan edilir
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub
Azərbaycan gəncləri BMT-nin strateji sənədinin hazırlanmasına kömək edir (FOTO)
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır
Səyyar ASAN xidmət davam edir
Tofiq Yaqublu barədə hökmün dəyişdirilməsi bəzi hadisələri yersiz siyasiləşdirən qüvvələrin iflası oldu - Aydın Quliyev
İşçilər bu sığorta növünü tələb etməlidirlər
Bakıda tikiş sexi və ona bitişik anbar yanıb
Elman Paşayev vəkil statusundan məhrum edildi
Rezidenturaya qəbul imtahanı başa çatıb
Tofiq Yaqubludan istifadə edənlər onun həyatı bahasına belə olsa, öz çirkin niyyətlərindən sonadək əl çəkmədilər - Deputat
YAP-da “Əsrin müqaviləsi və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib
Bakı Yunus Emre İnstitutu türkcə yetərlilik imtahanı keçirib (FOTO)
Pərviz Şahbazov: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilib
Əli Əhmədov: Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında “Əsrin müqaviləsi”nin xüsusi yeri var
Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
Prokurorluq Xaçmazda ər-arvadın güllələnərək qətlə yetirilməsilə bağlı məlumat yaydı
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür - BAXCP sədrinin müavini
Sentyabrın 21-də manatın dollara qarşı məzənnəsi
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı (ƏLAVƏ OLUNUB) (FOTO)
Məzunlardan 125-i qızıl, 76-sı gümüş nişanla təltif olunub
Rusiya Bankı uçot dərəcəsini dəyişməz saxlayıb
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
ETSN: Odunun bir kub metrinin 15 manata satılması nəzərdə tutulur
Məktəbəhazırlıq qruplarına 26 459 uşaq qeydiyyatdan keçib
AQTİ laboratoriyaları “Balda keyfiyyət göstəriciləri” üzrə səriştəlilik test proqramında yüksək nəticə göstərib (FOTO)
Meşələrdə quraşdırılan kameraların sayı artırılacaq
Sumqayıtda qəsdən adam öldürməyə cəhd edən şəxsin istintaqı yekunlaşıb
Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı
“Çıraqqala”ya meşənin içindən piyadalar üçün yol salınıb - RƏSMİ
"Yüksəliş" müsabiqəsi Dövlət Miqrasiya Xidmətinin rəisinin təqdimatında vebinar təşkil edib (FOTO)
Bu il 21 meşə mühafizəsi işçisi işdən çıxarılıb
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı (YENİLƏNİB)
Nazirlik: Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir
Rusiyada mer koronavirusdan ölüb
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq etdi
ETSN: Meşələrdə yanğın halları azalıb
YAP Gəncə şəhər təşkilatında yüksək bal toplayan gənclərlə görüş keçirilib (VİDEO)
İlin sonunadək Azərbaycanın 10,7 min hektar ərazisinin su təminatı yaxşılaşdırılacaq
Eldar Həsənovun növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edildi
Mərkəzi Gömrük Hospitalında profilaktik tədbirlər gücləndirilmiş şəkildə davam etdirilir
İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu
“Həkimlərimizi tanıyın!” - Tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
Ceyhun Bayramovla Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı arasında telefon danışığı olub
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib (FOTO)
Meşədə gizli şəkildə narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Zaqatalada ölüm faktının üstü 9 ildən sonra açıldı
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür
Bank Respublika Azərbaycanda ilk dəfə gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib (FOTO)
Dünyanın ən yaşlı qadını uzunömürlülük rekordu vurub
Azərbaycanda qızıl və gümüş bahalaşır
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik (FOTO)
Dağlıq Qarabağın azərbaycanlı icmasında bir neçə səfirlə görüş olub
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək
Dağlıq Qarabağın azərbaycanlı icması “Xankəndi talanları ” kampaniyası çərçivəsində növbəti video çarx hazırlayıb
Mərkəzi Bank uçot dərəcəsini endirdi
İranda gündəlik koronavirusa yoluxanların sayı artıb
Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq
Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olunub
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib
Sabah hava küləkli olacaq
"Sədərək"də komissiya yaradıldı: Mağazaların işıqları söndürüldü
Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti Trend-in suallarını cavablandırıb
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
Azərbaycan nefti bahalaşır
"İsraildə Azərbaycan Evi"nin rəhbəri Akko şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb
Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
Xətai rayonunda yolların yenidən qurulmasına 10,05 milyon manat ayrılıb
Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb (FOTO)
Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri gücləndirildi (FOTO)
Payızın qazandıran kampaniyası Hesab.az-da!
Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi
Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi
Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri
Peyvəndlərin aparılması bərpa edilib - Səhiyyə Nazirliyi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)
Bütün xəbərlər