Azərbaycan, Bakı, 1 iyun /Trend/
Hindistan Prezidenti Pranab Mukherci Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə Hindistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan və Hindistan xalqları ənənəvi mədəni və tarixi əlaqələrə əsaslanan münasibətlərə malikdir. Əminəm ki, çoxsahəli ikitərəfli əməkdaşlığımız güclənməyə davam edəcək və gələcək illərdə bizim qarşılıqlı faydamız üçün daha da şaxələnəcəkdir. Biz birgə maraqlarımızın müxtəlif sahələri üzrə Azərbaycan ilə əlaqələrimizi daha da intensivləşdirməyə çalışacağıq.
Zati-aliləri, xahiş edirəm, Sizə möhkəm cansağlığı və rifah, dost Azərbaycan xalqına isə daha sürətli inkişaf və firavanlıq arzularımı qəbul edəsiniz".