...

Naxçıvanda döyüş atışlı gecə taktiki təlimləri keçirilib (VİDEO)

Siyasət Materials 15 İyul 2015 17:04 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin 2015-ci ilin döyüş hazırlığı planına əsasən bütün birlik və birləşmələrdə istənilən hava, məhdud görmə və relyef şəraitində intensiv döyüş atışlı taktiki təlimləri keçirilir.
Naxçıvanda döyüş atışlı gecə taktiki təlimləri keçirilib (VİDEO)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycan Silahlı Qüvvələrinin 2015-ci ilin döyüş hazırlığı planına əsasən bütün birlik və birləşmələrdə istənilən hava, məhdud görmə və relyef şəraitində intensiv döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi və Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində də zəruri tədbirlər həyata keçirilir.

Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin şəxsi heyəti, zirehli texnikası, aviasiya vasitələri, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının cəlb olunması ilə döyüş atışlı gecə taktiki təlimləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti