Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Anaxanım Hidayətova/
ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqland Azərbaycana gəlib. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində R.Hoqlandın Azərbaycan rəsmiləri ilə görüşü keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı məsələsi müzakirə olunacaq.