...

Rusiya Federasiyası hərbi gəmilərinin ölkəmizə səfəri başa çatıb (FOTO)

Siyasət Materials 16 Avqust 2015 19:23 (UTC +04:00)
Avqustun 13-dən başlanan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb..
Rusiya Federasiyası hərbi gəmilərinin ölkəmizə səfəri başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Avqustun 13-dən başlanan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin "Anatoliy Qujvin" kiçik hidroqrafiya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb. Bu barədə Trend Mudafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçiriblər. Bundan başqa, qonaqlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə də tanış olublar.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlığı məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşü də baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti