...

İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

Siyasət Materials 22 Avqust 2015 13:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Pyotr Poroşenkoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Pyotr Poroşenkoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti