...

Azərbaycanda Koreyanın Hərbi Attaşelik aparatı təsis edilib

Siyasət Materials 7 Sentyabr 2015 18:25 (UTC +04:00)
Koreya Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik aparatının ölkəmizdə təsis edilməsi münasibətilə iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib.
Azərbaycanda Koreyanın Hərbi Attaşelik aparatı təsis edilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Koreya Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik aparatının ölkəmizdə təsis edilməsi münasibətilə iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı regional təhlükəsizlik məsələləri, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, xüsusilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti