...

AXCP Abşeron şöbəsi Əli Kərimlidən üz döndərdi

Siyasət Materials 8 Sentyabr 2015 11:01 (UTC +04:00)
AXCP Abşeron şöbəsinin fəallarının müşavirəsi keçirilib.
AXCP Abşeron şöbəsi Əli Kərimlidən üz döndərdi

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

AXCP Abşeron şöbəsinin fəallarının müşavirəsi keçirilib.

Trend-in məlumatına görə, müşavirədə AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Cavid Musazadə və Fəxrim Abduləzimov partiyada və ölkədə baş veren siyasi proseslərdən danışıblar.

Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb.

Arif Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Qafarov Ali Məclisin üzvü, Fəzail Abbasov, Nizami Babayev AXCP Etimad Qurultayına numayəndə seçiliblər.

Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.

Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti