...

Rauf Əliyev: "Yaxşı olardı ki, BMT-nin ali komissarı qaçqınların hüquqlarını müdafiə etsin"

Siyasət Materials 9 Sentyabr 2015 15:56 (UTC +04:00)
“Son vaxtlar antiazərbaycan qüvvələr Azərbaycanda söz azadlığının, sərbəst toplaşmaq azadlığının pozulmasını iddia edərək növbəti qarayaxma kampaniyası aparırlar və bununla Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstəririlər”.
Rauf Əliyev: "Yaxşı olardı ki, BMT-nin ali komissarı qaçqınların hüquqlarını müdafiə etsin"

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Son vaxtlar antiazərbaycan qüvvələr Azərbaycanda söz azadlığının, sərbəst toplaşmaq azadlığının pozulmasını iddia edərək növbəti qarayaxma kampaniyası aparırlar və bununla Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstəririlər".

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseynin Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

R.Əliyev qeyd edib: "Çox maraqlıdır ki, cənab Zeyd Raad Əl-Hüseyn təmsil etdiyi təşkilatın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının dərhal, qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi 4 məlum qətnaməni niyə yada salmır. Halbuki, bu qətnamələrdə söhbət bir neçə nəfərin yox, bir milyondan çox insanın pozulmuş hüquqlarından gedir. Bir nəfər jurnalistin qeyri-qanuni əməllərinə görə mövcud qanunlara əsasən həbs olunmasına BMT-nin insan hüquqları üzrə ali komissarının belə reaksiya verməsi heç cür başa düşülən deyil".

Millət vəkili əlavə edib ki, son günlər Şimali Afrikada, ərəb dövlətlərində müharibələr nəticəsində yaşamaq hüquqları belə əllərindən alınmış yüz minlərlə insanın hüquqlarını müdafiə etmək əvəzinə Azərbaycanda sıradan bir vətəndaşın qanun qarşısında cavab verməsinə belə münasibət göstərilməsi bir daha göstərir ki, antiazərbaycan qüvvələr heç cür sakitləşmirlər: "Ancaq onlar bilməlidirlər ki, Azərbaycan öz seçdiyi yoldan dönməyəcək və uğurla inkişaf edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti