Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Elmir Murad/
Yeni Azərbaycan Partiyası 7 dairədən namizədliyini irəli sürməyib. Trend-in məlumatına görə, bunu YAP İdarə Heyətinin üzvü Kərim Kərimov deyib.
Onun sözlərinə görə, YAP həmin dairələrdən namizədlik irəli süməsə də, oradan olan deputatlara dəstək verəcək.
K.Kərimov həmçinin bildirib ki, deputatlığa namizədlərin siyahısında qadınların sayı artırılıb.