...

Elmar Qasımov YAP-ın səlahiyyətli nümayəndəsi oldu

Siyasət Materials 6 Oktyabr 2015 11:37 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrindən biri kimi təsdiq olunub.
Elmar Qasımov YAP-ın səlahiyyətli nümayəndəsi oldu

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrindən biri kimi təsdiq olunub.

BANM-dən Trend-ə verilən məlumata görə, Milli Məclisə noyabrın 1-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mətkəzi Seçki Komissiyasının 26/177 saylı Qərarına əsasən, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi kimi Qasımov Elmar Eldar oğlu qeydə alınıb.

Qeyd edək ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir. Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azəırbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28. 4-cü və 52-ci maddələrinə əsasən müvafiq qərar qəbul edib.

Xatırladaq ki, Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. O, 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini, 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2006-cı ildə Elmar Qasımov aspiranturanı bitirərək namizədlik dissertasiyasını müdafiə edib, coğrafiya elmləri namizədidir. 1995 - 1999-cu illərdə E.Qasımov Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri, 1999 - 2012-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1999 - 2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifələrində çalışıb. 10 aprel 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Elmar Qasımov 3 oktyabr 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuş, 19 sentyabr 2014-cü ildə "Əməkdar müəllim" adını alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti