Prezident İlham Əliyev: Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq (FOTO)

Prezident İlham Əliyev: Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Proqram çərçivəsində həyata keçirilən "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla rayon mərkəzində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 37 min nəfər əhalinin yaşadığı 15 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 59 min nəfər faydalanacaq. Layihə çərçivəsində Ucar Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilib.

Prezident İlham Əliyev idarənin binasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, ümumi sahəsi 720 kvadratmetr olan binada müasir tələblərə cavab verən "SCADA" idarəetmə mərkəzi yaradılıb. Onun vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənəcək. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır. Ucar şəhərində də tətbiq olunmuş bu sistem sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə ediləcək. Bu sistem dünyanın iki nüfuzlu müsabiqəsinin qalibi olub.

Diqqətə çatdırıldı ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Ucar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi seçilib. Burada sugötürücü qurğu, mənbənin yaxınlığında Ucar şəhərini təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 su anbarı tikilib. Anbarlardan Ucar şəhərinə 57 kilometr özüaxımlı magistral su kəməri çəkilib. Artıq bu kəmərdən Ucar şəhərinin yaxınlığındakı Gəraybəyli və Qarabörk kəndlərinə içməli su verilib. Ucar şəhərində inşası nəzərdə tutulan 120 kilometr içməli su şəbəkəsinin inşası tam yekunlaşıb, 4891 ünvana birləşmə verilib və smart sayğaclar quraşdırılıb. İçməli su təchizatının dayanıqlığını təmin etmək üçün şəhərdə hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı tikilib. Hazırda Ucar şəhərinin bütün abonentləri fasiləsiz içməli su ilə təmin olunur.

Bildirildi ki, şəhər üzrə layihələndirilən 88 kilometrlik kanalizasiya şəbəkəsinin 20 kilometrlik hissəsi də hazırdır. Şəhərdə yaranacaq tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 10 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Həmçinin qeyd olundu ki, Ucar şəhərində mərkəzləşdirilmiş su təchizatı sistemləri 1970-ci illərin sonlarında yaradılıb. Şəhərə içməli su Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən subartezian quyulardan verilirdi və "Azərsu" ASC şəhər sakinlərinin 55 faizinə xidmət göstərirdi. Əhalinin qalan hissəsi tələbatını kanal və arx sularından istifadə etməklə ödəyirdi. Kanalizasiya sistemi indiyə qədər mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev şəbəkəyə suyun verilməsini bildirən düyməni basdı.

Bununla Ucar şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirildi.

Diqqətə çatdırıldı ki, idarənin binasında müasir tipli yeni laboratoriya da qurulub. Burada içməli suyun vacib 14 parametri öyrəniləcək. Daha geniş və dəqiq analizlərin aparılması zərurəti yarandıqda nümunələr xüsusi təyinatlı maşınlarda Bakıdakı mərkəzi laboratoriyaya göndərilir. İdarənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə nəqliyyat vasitələri və xüsusi texnikalar alınıb.

Daha sonra Ucar ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı İlham Əliyev dedi: "Ucar rayonunda olmağımdan çox məmnunam. Şadam ki, Ucar rayonu uğurla, sürətlə inkişaf edir. Bir neçə il bundan əvvəl burada bir sıra açılışda iştirak etmişəm, o cümlədən Heydər Əliyev Mərkəzinin açılışında. O vaxtdan bu günə qədər rayon çox sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır, binalar tikilir, parklar salınır. Bu, məni çox sevindirir. Çünki mən çox istəyirəm ki, Azərbaycanın hər bir rayonu abad, gözəl olsun, şəhərlər gözəlləşsin, insanlar üçün bütün lazımi şərait yaradılsın. Şadam ki, Ucar rayonunun siması sürətlə dəyişir və gözəlləşir.

Eyni zamanda, rayonun bütün sosial və infrastruktur layihələri də uğurla icra edilir. Onların arasında, əlbəttə, içməli su layihəsi birinci yerdədir. Çünki təmiz içməli su insan sağlamlığı üçün əsas şərtdir. Bildiyiniz kimi, içməli su və kanalizasiya layihələrinin icrası ölkəmizdə çox geniş vüsət almışdır. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, hər bir şəhərimizin içməli su və kanalizasiya problemi həll olunsun. Artıq bir müddətdir ki, Ucar şəhərinin içməli su problemi öz həllini tapıb. Gözəl, təmiz su mənbəyindən su verilir. Mənə verilən məlumata görə, bütün evlərin su təminatı artıq təşkil edilibdir. Bu, böyük tarixi nailiyyətdir. Çünki Azərbaycanda bütün dövrlərdə içməli su problemi çox ciddi problem olaraq qalmışdır. Sovet dövründə müəyyən işlər görülmüşdür. Ancaq biz bu məsələni tam şəkildə həll edə bilməmişdik. Siz də yaxşı bilirsiniz ki, vaxtilə fasilələrlə, sutkada bir neçə saat su verilirdi, ya verilmirdi. İndi isə bu problem aradan götürülüb. Əminəm ki, 2-3 il ərzində bütün başqa rayonlarda da bu məsələ öz həllini tapacaq. Çünki bir çox rayonlarda artıq bu, həll olunubdur. Ucar rayonunda təkcə şəhərə deyil, eyni zamanda, 15 yaşayış məntəqəsinə də, kəndlərə də su verilir. Kanalizasiya layihəsi isə 2017-ci ildə başa çatacaq və beləliklə, bu məsələ tamamilə aradan götürüləcəkdir".

Dövlət başçısı qeyd edib ki, digər infrastruktur layihələri icra edilir: "Bu ilin sonuna qədər qazlaşdırma tam şəkildə təmin ediləcəkdir, təxminən 90 faizə çatacaqdır. Bu da böyük nailiyyətdir. Çünki əvvəlki illərdə qazlaşdırma çox aşağı səviyyədə idi, hətta rayon mərkəzinin özü qazsız qalmışdı. Bu gün isə demək olar ki, bütün kəndlərə qaz xətləri çəkilir və bu da böyük nailiyyətdir. Çünki bu, həm insanlara rahatlıq verir, həm də qazdan istifadə etmək iqtisadi cəhətdən daha səmərəlidir.

Elektrik enerjisi layihələri, xüsusilə "Azərişıq" təşkil olunandan sonra daha da sürətlə aparılır. Kənd yolları tikilir. İndi Bakı-Ucar magistral yolu tikilir, az hissəsi - Kürdəmir-Ucar hissəsi qalıb ki, o da yaxın zamanlarda başa çatacaq. Göyçay-Ucar avtomobil yolu bu gün istifadəyə veriləcək".

Prezident qeyd edib ki, Ucar rayonunda sosial obyektlər yaradılır, Gənclər Mərkəzi tikilib, parklar salınır: "Yəni, Azərbaycan belə inkişaf etməlidir, hər bir yerdə quruculuq, abadlıq aparılmalı və sosial inkişaf olmalıdır. Sosial sahə insanları ən çox maraqlandıran və bəzi hallarda narahat edən bir sahədir. Bu gün yeni Rayon Mərkəzi Xəstəxanasının açılışını da qeyd etdik. Xəstəxana göz oxşayır, ən yüksək dünya standartlarına cavab verir. Burada şərait də, avadanlıq da ən yüksək səviyyədədir.

Bax, bizim yanaşmamız bundan ibarətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı üçün nə lazımdırsa, o da olmalıdır. Amma buna nail olmaq üçün əlbəttə ki, iqtisadiyyatımız daha da güclü olmalıdır, daha da sürətlə inkişaf etməlidir. Regionların inkişaf proqramının məqsədi məhz bundan ibarətdir ki, bölgələrdə, kəndlərdə, qəsəbələrdə, rayon mərkəzlərində lazımi şərait yaradılsın, insanlar rahat yaşasınlar, iş yerləri açılsın, yaxşı məvacib alsınlar, biznes imkanları genişlənsin. Deyə bilərəm ki, bizim bu əsas prioritet istiqamətlər Ucar rayonunun timsalında öz əksini tapır.

Bu gün quşçuluq fabriki ilə tanış oldum. Çox müasir bir sənaye müəssisəsidir. Həm iş yerlərinin yaradılması, həm yerli istehsalın gücləndirilməsi və ən əsası odur ki, biz indi özümüzü ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu fabrik işə düşəndən sonra biz özümüzü quş əti ilə 100 faiz təmin edirik. Amma 10 il bundan əvvəl heç özümüzü 50 faiz də təmin etmirdik. Xaricdən asılı idi, idxaldan asılı idi, xaricə pul ödənilirdi. İndi pul Azərbaycanda qalır, yerli sahibkarlar işləyir, pul qazanır, işçilərə əmək haqqı verirlər. Özü də bu fabrikdə işləyənlərin əksəriyyəti qadınlardır. Bu da qadınlar üçün iş yerləridir. Bax, düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır.

Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq. Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsə qoşulmuruq. Ona görə, bəzi hallarda təzyiqlərə də məruz qalırıq. Ancaq biz əsas məqsədi təmin edirik - Azərbaycanın təhlükəsizliyi, inkişafı, insanların rifahı və xoşbəxtliyi".

İlham Əliyev bildirib ki, bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur: "Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq.

Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq.

Bax, Ucar rayonunda içməli su problemi həll olundu. Qazlaşdırma bu ilin sonuna qədər demək olar ki, tam həll olunacaqdır. Kənd yolları tikilibdir. Ancaq hələ ki, ehtiyac var, yenə də tikiləcək. Çoxmənzilli binaların təmiri əlbəttə ki, təşkil edilməlidir. Biz bu məqsədlə əlavə tədbirlər görəcəyik. Sahibkarlığın inkişafı daha da sürətlə getməlidir. Yeni müəssisələr yaradılmalıdır. İnfrastruktur layihələri başa çatandan sonra bizim diqqət mərkəzində olan əsas məsələlər kənd təsərrüfatı, sənaye istehsalıdır.

Bu gün quşçuluq fabriki ilə tanış olarkən mənə, ümumiyyətlə, Aran iqtisadi rayonunda və Ucar rayonunda gedən proseslər, ayrılmış kreditlər haqqında məlumat verildi. Dövlət öz tərəfindən sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir, texnika, gübrə ilə təmin edir, şərait yaradır, siyasi dəstək də var. Sahibkar da gərək işləsin. Yerli icra orqanları da kömək etsin, mane olmasın. Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir.

Əminəm ki, Ucar rayonu bundan sonra daha da gözəlləşəcək. Çünki siz burada belə gözəl şərait yaratmısınız. Mən buna çox sevinirəm. Mən son dəfə burada 2011-ci ildə olmuşam, çox böyük dəyişikliklər var. Dəyişikliklər münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram".

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər.

SAKİN: Xoş gəlmisiniz, cənab Prezident. Bu gün xalqımız üçün çox böyük xeyirxah işlər görürsünüz. Onların biri də bu gün rayonumuza çəkilən yeni su xəttidir. Ona görə bütün ucarlılar adından Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Bu gün Gənclər Mərkəzi də açılıb. Çox gözəl, funksional mərkəzdir, gənclər istifadə etməlidir. Orada həm intellektual, həm əyləncə yerləri var, stolüstü oyunlar, müxtəlif tədbirlər keçirilə bilər. İndi hər bir şəhərdə gənclər mərkəzləri yaradılır. Bu da mənim göstərişimlə həll olunan məsələdir. Çünki indi gənclərin bir mərkəzi olmalıdır ki, orada yığışsınlar, danışsınlar, asudə vaxtlarını mənalı keçirsinlər. İndi Ucarda da Gənclər Mərkəzi var.

SAKİN: Biz Sizin qayğınızı daim üzərimizdə hiss edirik. Buna görə çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Cənab Prezident, işığımız, suyumuz, qazımız, asfalt döşənmiş küçələrimiz var. Hər cür şəraitimiz var. Mən deyə bilərəm ki, bəlkə də dünyada ən yaxşı yaşayan xalqlardan biri bizik. Bunu mən cəsarətlə deyirəm. Allaha şükür, Sizin sayənizdə hər şey var. Bax, burada dayanan sadə insanlar Sizinlə görüşürlər. Bu sadə insanların adından deyirəm ki, Allah Sizi qorusun. Bizim əmin-amanlığımızın təminatçısı Sizsiniz. Bu əmin-amanlığı qoruyun. Biz Sizdən bunu xahiş edirik. Sizin arxanızda dağ kimi xalq dayanıb. Siz buna 100 faiz əmin ola bilərsiniz. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Loading Bars
Xəbər lenti
Levandovski 2021-ci ilin hücumçusu seçilib
Pfizer şirkətin PAXLOVID preparatının "omicron" ştammına qarşı effektivliyinə əmindir
"Omicron" ştammının simptomları nələrdir və necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
Yevlaxda ailənin 5 üzvü dəm qazından zəhərlənib
Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb
Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb
Azərbaycan Sakit Okean Alyansı təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunub
Azərbaycanla Aİ arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Cek Dorsi "Twitter"-in baş direktoru vəzifəsindən istefa verib
Şimal-Cənub dəhlizinin reallaşması İran-Azərbaycan münasibətlərində canlanmaya səbəb olub - TƏHLİL
Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edilib
"SOCAR Türkiyə" "Merkury" layihəsi ilə bağlı yekun qərarın müddətini açıqlayıb
Bolqarıstan Azərbaycandan razılaşdırılmış qaz həcminin yalnız üçdəbir hissəsini əldə edir - Səfir
Dörd restoran və bir çay evində pozuntular aşkarlanıb
Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı Qərar qəbul edib
Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb
COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib (FOTO)
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)
Masazırda ev yanıb
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bütün xəbərlər