...

Baş redaktor namizədliyini geri götürdü

Siyasət Materials 12 Oktyabr 2015 13:49 (UTC +04:00)
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini geri götürüb.
Baş redaktor namizədliyini geri götürdü

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Azər Niftiyev/

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini geri götürüb.

Bununla bağlı "facebook" hesabında məlumat verən baş redaktor onun deputat olmasını arzu edən hər kəsə təşəkkürlərini bildirib: "İstər indi, istərsə də bundan sonra keçiriləcək seçkilərdə hər hansı bir statusla iştirak etməyi düşünmürəm. Yola davam edən dəyərli dostlarıma fərd olaraq bacardığım dəstəyi verəcəyəm. Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm".

Trend-ə danışan E.Mirzəbəyli faktı bir daha təsdiq edib və seçkilərə qatılan namizədlərə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti