Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
"Tarasovun başı götürdüyü öhdəliyə o qədər qarışıb ki, artıq ağlına nə gəldi yazır".
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Tapşırıqla "Regnum"a yazanda, heç olmasa, Lavrovun, Roqozinin mövqeyini əks etdirən bəyanatları oxuyaydı. Amma, insafla desək, satılmamışdan qabaq - ortabab fikirlər ortaya qoyurdu, özünü biabır etmirdi".