...

Məzahir Pənahov: Bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır

Siyasət Materials 13 Oktyabr 2015 17:31 (UTC +04:00)
“Bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır”.
Məzahir Pənahov: Bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır".

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deputatlığa namizədlərə imza verən seçicilərin sonradan imzalarını geri götürmələrinə münasibət bildirərkən deyib.

M.Pənahov qeyd edib ki, bu o demək deyil ki, namizəd seçicini özü aldadıb: "İmzatoplama kampaniyasında müxtəlif insanlar iştirak edirlər. Seçicilərin aldadılması namizəd tərəfindən deyil, imza toplayan şəxslər tərəfindən də ola bilər. Seçicilər də həqiqət üzə çıxdıqdan sonra dairə seçki komissiyalarına müraciət edərək imzalarından imtina edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti