Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Estoniya Prezidenti Toomas Hendrik İlves Azərbaycanın bu ölkədəki səfiri Tofiq Zülfüqarovu respublika qarşısında xidmətlərinə görə birinci dərəcəli "Mariya toprağının Xaç ordeni" ilə mükafatlandırıb. Bu barədə Trend Estoniya Prezidentinin saytına istinadən məlumat verir.
T.Zülfüqarov 2007-ci ildən Azərbaycanın Estoniyadakı diplomatik missiyasının rəhbəridir.
"Mariya toprağının Xaç ordeni" Estoniyanın dövlət mükafatıdır.