Professor Əli Həsənovun elmi məqaləsi Rusiyanın nüfuzlu "Science and world" jurnalında dərc edilib

Professor Əli Həsənovun elmi məqaləsi Rusiyanın nüfuzlu "Science and world" jurnalında dərc edilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Rusiyada çap olunan nüfuzlu "Science and world" jurnalının sentyabr nömrəsində (№ 9 (25)) ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərindən bəhs edən elmi məqaləsi ingilis dilində dərc edilib.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti geniş təhlil edilir.

Müəllif zəngin xarici mənbə və tarixi faktlara əsaslanan məqaləsində göstərir ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olub.

Məqalədə qeyd edilir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanılıb. Nəticədə XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirib və azərbaycanlıları tarixi torpaqlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlayıblar.

Mənbələrə əsasən məqalədə təsdiq edilir ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlının ən qəddar üsullarla qətlə yetirilməsı məqalədə faktlarla diqqətə çatdırılır.

Professor Əli Həsənov qeyd edir ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü ildə muxtar vilayət statusu verildi və bu hadisə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olub. Bununla da sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni muxtariyyətə malik olub, ancaq Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atıb, lakin istəyinə nail ola bilməyib.

Məqalədə hər dəfə Qarabağa dair ərazi iddialarının kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılması diqqətə çatdırılır və göstərilir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Nəticədə, 1988-1993-ci illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeridib, dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb.

Tarixçi alim diqqətə çatdırır ki, bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) çoxsaylı terror aktları törədilib. Nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Müəllif faktlara və rəqəmlərə əsasən göstərir ki, işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılıb, talan edilib və yandırılıb. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib.

Məqalədə bildirilir ki, münaqişənin ədalətli həlli və işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Vurğulanır ki, bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib.

Əli Həsənov, eyni zamanda, məqalədə qeyd edir ki, XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Müəllif vurğulayır ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub. Bununla yanaşı, məqalədə müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır və adı çəkilən hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub.

Professor Əli Həsənovun məqaləsinin Rusiyada çap olunan nüfuzlu "Science and world" jurnalında dərc edilməsi təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünyaya çatdırılması və ifşa olunması baxımından əhəmiyyətlidir.

İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Britaniyada "omikron" ştammı aşkarlanıb
Britaniyada "omikron" ştammı aşkarlanıb
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Loading Bars
Xəbər lenti
Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Səudiyyə Ərəbistanı azı bir doza peyvənd qəbul edənlərin ölkəyə girişinə icazə verəcək
Portuqaliyada klub COVID-19 səbəbiylə matça 9 futbolçu ilə çıxıb darmadağın olundu
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bakıda keçirilən Dünya Yaş Qrupları Yarışlarında batutda sinxron tullanma üzrə finalçılar məlum olub
Qazaxıstanlı idmançı Bakıda akrobatik tullanma üzrə Dünya Yaş Qrupu Yarışlarının qızıl medalını qazanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün ən gözəl anları (FOTO)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb
Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam - Danimarkalı idmançı
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)
Soçi görüşünün vacib məqamlarından biri də regionda yolların açılması ilə bağlı qərarlar oldu - TƏHLİL
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azercell sosial şəbəkələrdə yarışma elan edir
“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb (FOTO)
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 617 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
Prezident İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında telefon söhbəti olub
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb
Paytaxtda bir neçə tanınmış şadlıq sarayında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)
Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub (FOTO/VİDEO)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
İƏT üzv dövlətləri Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılmasına dair qərar qəbul etdi (FOTO)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Şəmkirdə bazar yandı (VİDEO)
Uşaqlarını tək böyüdən və çoxuşaqlı qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq
Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı
Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır – Qazaxıstan gimnastı
Soçidəki görüş doğru istiqamətdə atılan böyük addımdır - Amerikalı ekspertlər
Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər - Ekspert
“Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib (FOTO)
Ötən gün COVID pasportu olmayan 70 nəfər toya buraxılmayıb
Vaksinlə bağlı əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb
Mədəkiçiltmə əməliyyatından öncə psixoloqa müraciət etmək tövsiyə olunur - Həkim
Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb (FOTO)
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır - TƏHLİL
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir
Yaxın zamanda azad olunmuş ərazilərdə 11 hidroloji məntəqənin quraşdırılmasına başlanılacaq - ETSN
Azərbaycan nefti kəskin ucuzlaşıb
Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA
Ərdoğan Türkmənistana səfər edəcək
Xəzər dənizində zəlzələ qeydə alınıb
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Şimali İrlandiyada qasırğa bir nəfərin ölümünə səbəb olub
8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir
"Moderna" koronavirusun yeni ştammına qarşı peyvənd hazırlayacaq
ABŞ-da ticarət mərkəzində atışma olub
Aİ-nin paytaxtında Uber qadağan edildi
Makron BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək
ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb
Bütün xəbərlər