...

İran XİN: Ümid edirik ki, Azərbaycanın yeni parlamenti iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirəcək

Siyasət Materials 6 Noyabr 2015 12:10 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyi Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı açıqlama verib.
İran XİN: Ümid edirik ki, Azərbaycanın yeni parlamenti iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirəcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran Xarici İşlər Nazirliyi Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı açıqlama verib.

Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, açıqlamada deyilir: "Ümid edirik ki, Azərbaycanın yeni parlamentinin təşkili ilə İran və Azərbaycan arasında əlaqələr daha da inkişaf etdiriləcək."

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm deyib.

M.Əfxəm Azərbaycanda keçirilən parlament seçkiləri münasibəti ilə Azərbaycan xalqı və hökumətini təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti