...

PA rəsmisi: Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zərərin qiymətləndirilməsi ölkənin mövqeyini gücləndirir

Siyasət Materials 18 Noyabr 2015 12:43 (UTC +04:00)
Ermənistanın işğalı nətiəsində Azərbaycana dəyən zəririn qiymətləndirilməsi ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda mövqeyini xeyli gücləndirir.
PA rəsmisi: Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zərərin qiymətləndirilməsi ölkənin mövqeyini gücləndirir

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zəririn qiymətləndirilməsi ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda mövqeyini xeyli gücləndirir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupunun hesabatının təqdimatı zaman deyib.

E.Paşayev bildirib ki, bu cür qiymətləndirmənin aparılması və ortaya tutarlı faktların qoyulması eyni zamanda, ölkəmizin beynəlxalq qurumlarda da arqumentlərini gücləndirir, konkret faktlarla və sənədlərlə çıxış etməyə imkan verir.

E.Paşayev bildirib ki, bu faktlar həmçinin Azərbaycanın dövlət məmurlarının və QHT nümayəndələrinin ölkəmizin haqlı mövqeyinin daha etibarlı müdafiə etməsinə şərait yaradır.

Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ümumi maddi zərər məbləği 818,88 milyard ABŞ dolları təşkil edir.

PA rəsmisi medianı da bu işdə fəal olmasının, hesabatda qeyd olunan faktları daha geniş işıqlandırmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu faktar dünya ictimaiyyətinin də diqqətinə çatdırılmalıdır ki, onların da bu barədə düzgün məlumatları olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti