Terrorizmlə düzgün mübarizəyə başlamaq üçün növbəti partlayışı gözləmək olmaz

Terrorizmlə düzgün mübarizəyə başlamaq üçün növbəti partlayışı gözləmək olmaz

Bəxtiyar Hacıyev - Trend:

Müasir dövrdə terrordan tam sığortalanan, terror təhlükəsizliyinin sıfıra bərabər olduğu ölkə, şəhər, qəsəbə, kənd yoxdur. Çünki terrorçunun konkret görünüşü, konkret dini, məzhəbi olmur; terrorçunun milliyyəti olmur; terrorçunun harada, nə vaxt, hansı üsulla nə edəcəyi də məlum deyil. Buna görə də bir çox hallarda terrorçuluğun qarşısını almaq müşkülə çevrilir.

Noyabrın 13-də Avropanın düz göbəyində - Parisdə baş vermiş silsilə terror aktları XXI əsrin bu bəlasından qurtulmağın heç də asan olmadığını göstərdi...

Terrorçu necə, hansı şəraitdə, niyə yetişir? İlkin və əsas səbəb savadsızlıqdır. Təbii ki, savadı olmayan insan təbliğata tez uyacaq, inanacaq və kor inamı sayəsində ondan öz separatçı məqsədləri naminə maksimum istifadə edəcəklər.

İkinci səbəb maliyyə problemləridir. Təbii ki, məhz zəif iradəli insanları müəyyən pul qarşılığında müəyyən fəaliyyətlərə cəlb etmək olur. Heç də təsadüfi deyil ki, bu tip terrorçular, adətən, sosial vəziyyəti acınacaqlı olan ölkələrdən çıxır.

Üçüncü səbəb isə qisasdır. Bu gün terrorçuların məhz müsəlman ölkələrindən, Yaxın Şərqdən çıxması həm də qisas hissi ilə bağlıdır. "Amerika bombaları vətənimizi xaraba qoydu", "Kafirlər həyatımızı məhv etdi", "Müsəlmanları bilərəkdən qırırlar" və s. və i.a. Və... ailəsindən, qohumundan bircə nəfərin belə bombanın qurbanı olması, ağır həyat şəraiti, "artıq itiriləcək heç nə yoxdur" düşüncəsi hər bir sıravi Yaxın Şərq sakinini potensial terrorçu kimi nəzərdən keçirməyə əsas verir.

Bu üç səbəbin arxasında da yenə külli miqdarda maliyyə vəsaiti dayanır. İstənilən halda terrorçuluğun yayılması və onunla mübarizə maliyyə tələb edir.

İstənilən halda terrorizmə haqq qazandırmaq olmaz. Terrorizm çıxış yolu, həll yolu deyil. Terrorizm vəhşilik, qeyri-insani hərəkətdir. Ümumiyyətlə, insanın qanına susayan, onu daim qorxu, vahimə altında saxlayan istənilən fəaliyyət terrordur. Bu mənada ən böyük terror elə müharibədir. Parisdə insanlığın məhvinə yönələn partlayışlar da, Yaxın Şərqdə hər gün "səhvən" dinc sakinlərin üzərinə bomba yağdırılması da, İŞİD silahlılarının istənilən həmləsi də, "əl-Qaidə"nin istənilən planı da, hər cür Ben Ladenlər də, Türkiyənin hər gün üzləşdiyi PKK təhlükəsi də, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində, ön cəbhədə, səngərdə, öz Vətənində öz Vətənini qoruyan Azərbaycan əsgərinin hər gün erməni snayperinə tuş gəlmək riski də və s. və i.a. terrordur.

Bəs niyə məhz indi terrorizmlə mübarizəyə çağırış daha geniş yayılıb?

Terrorizm Azərbaycanı cənginə alanda dünya Azərbaycanın çağırışlarına niyə məhəl qoymurdu? Yoxsa terrorizmlə mübarizəyə başlamaq üçün terror hadisəsinin Avropanın mərkəzində baş verməsi şərtdir? Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun erməni silahlıları tərəfindən işğalı, işğal nəticəsində dinc azərbaycanlıların - qoca, qadın, uşaqların qətli, onlara işgəncə verilməsi, Xocalı soyqırımı, bu soyqırım zamanı hətta meyitlərin təhqir edilməsi terror deyildimi?

1994-cü ilin mart və iyul aylarında Bakı metrosunda partlayışlar, bu partlayışlar nəticəsində 30-a yaxın insanın həlak olması, 100-dən çox insanın yaralanması terror deyildimi? Azərbaycan terrorizmlə təkbaşına mübarizə aparanda məhz bu gün terrorun bütün dünya üçün ən böyük təhdid olduğunu car çəkən supergüclər harada idi?

Bu günlərdə Türkiyənin Antalya şəhərində "Böyük İyirmiliy"in sammiti keçirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev sammit çərçivəsində çıxış edərək bildirdi ki, ölkəmiz uzun illərdir terrordan əziyyət çəkir, terror nəticəsində Azərbaycanın 2000-dən çox dinc vətəndaşı həyatını itirib.

Dünya terrorizm təhlükəsini dərk etməyəndə Azərbaycan qonşuluğunda Ermənistan adlı terrorçu ölkə ilə mübarizə aparırdı. Bu mübarizə indi də davam edir.

Əslində, belə böyük faciələrin olacağı qaçılmaz idi - hadisələrə vaxtında düzgün qiymət verməyəndə nəticəsi belə faciəli olur. Bizə ümid etmək qalır. Ümid edək ki, dünyanın hegemon ölkələri terrorizmə qarşı düzgün mübarizə strategiyası seçəcək. Bunun üçün isə müharibə olmayan ölkələrdə, dinc yerlərdə, mərkəzi şəhərlərdə növbəti partlayış səsini eşitmək lazım deyil...

Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Loading Bars
Xəbər lenti
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (VİDEO)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Bütün xəbərlər