...

Azərbaycan və İran fövqəladə hallarla mübarizə üzrə əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 25 Noyabr 2015 18:47 (UTC +04:00)
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan və İran fövqəladə hallarla mübarizə üzrə əməkdaşlığı müzakirə ediblər

Bakı. Trend:

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilmiş "Xəzər-2015" komanda-qərargah təlimini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası daxili işlər nazirinin müavini, Böhranların İdarə edilməsi Təşkilatının sədri İsmayıl Nəccarı qəbul edib.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, K.Heydərov qonağı səmimiyyətlə salamlayıb, komanda-qərargah təlimini müşahidə etmək üçün ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirib. O, iki dost və qonşu ölkənin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnun olduğunu da diqqətə çatdırıb.

İ.Nəccar səmimi qəbula və müvəffəqiyyətlə keçən "Xəzər-2015" komanda-qərargah təlimini müşahidə etmək üçün dəvətə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi təşkilatın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti