...

Heydər Əliyev Azərbaycan Ukrayna dostluğunun memarıdır

Siyasət Materials 27 Noyabr 2015 09:57 (UTC +04:00)
Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir ki, onun özündən sonra qoyub getdiyi ideyaları nəinki doğma məmləkətimizə, o cümlədən, Azərbaycanla dünya ölkələrinin dostluq yollarına işıq və nur saçır. Bu baxımdan Ulu öndərin xalqımız və dövlətimiz naminə apardığı müdrük və uzaqğörən siyasəti Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Heydər Əliyev Azərbaycan Ukrayna dostluğunun memarıdır

Heç də təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai, siyasi xadimləri Ulu Öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər.

Dahi Öndərin SSRİ nazirlər kabinetinin sədr müavini işlədiyi dövrlərdə Ukrayna və Ukrayna xalqı qarşısındakı əvəzssiz xidmətləri, o illərdə ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabrik və zavodların tikintisinə yardımçı olması, Çernobıl Atom Elektrik stansiyasında baş vermiş partlayışın keçmiş sovet rəhbərliyi tərəfindən gizlin saxlandığı bir dönəmdə Heydər Əliyevin həyacan siqnalı verməsi və faciənin aradan qaldırılmasında göstərdiyi tarixi şücaət Ukrayna xalqı tərəfindən bu gündə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Ölkələrimiz müstəqillik əldə etdikdən sonrada Heydər Əliyev Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrük siyasət nəticəsində ölkələrimiz arasında davamlı və yüksək səviyyədə iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub. Azərbaycan və Ukrayna GUAM regional təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir.

1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə əsaslı təkan verib. Səfər çərçivəsində ulu öndər Heydər Əliyevlə Ukraynanın keçmiş dövlət başçısı Leonid Kuçma arasında keçirilən tarixi görüş ölkələrimiz arasındakı iqtisadi,siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edib. Görüş zamanı Azərbaycanla Ukrayna arasında neft - qaz sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması gənc və müstəqil dövlətlərimizin gələcək strateji əməkdaşlığının hüquqi bazasına çevrilib. Səfər çərçivəsində Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordenin və Kiyev şəhərinin fəxri vətəndaşı adının verilməsi bir mənalı olaraq dahilik və müdrüklüyə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirilir.

Ötən dövr ərzində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan Respublikası beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib. Bu mənada, inamla demək olar ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənib.

Ölkələrimiz beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış edərək, qarşılıqlı maraq doğuran məsələlərdə birgə əməkdaşlığı inkişaf etdirirlər. Hər iki ölkə müstəqilliklərini əldə etdikləri gündən indiyədək beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınırlar. Fərəhləndirici haldır ki, Azərbaycanla Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub.

Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olmaq prinsipini bu gündə böyük əzmlə qoruyub saxlayır. Ukraynanın keçmiş prezidenti Leonid Kuçma dəfələrlə minnətdarlıq hissi ilə qeyd edib ki, bu ənənələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub: "Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın dost və məsləkdaşımız kimi bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib. Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anlarını heç zaman unutmuruq. Dostlar həmişə çətin anlarda tanınır. Bu baxımdan Ukraynanın çətin və mürəkkəb vəziyyətlə üzləşdiyi bir zamanda Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərməklə xalqımıza arxa dayaq olub. Azərbaycanın müharibə şəraitində olmağına baxmayaraq ukraynanı məhsul yığımını həyata keçirmək üçün yanacaqla təmin etdi. Bu o zaman ukraynanın energetikasını və kənd təsərrüfatını xilas etmək demək idi. Bu yaxşılıq əlbəttə ki, Ukrayna xalqı tərəfindən heç zaman unudulmayacaq."

Təbii ki, Kuçmanın bu səmimi sözlərini bu gün demək olar ki, Ukraynanın istənilən dovlət və hökumət rəsmilərinin dilindən eşitmək olur. Məhz ulu Öndər Heydər Əliyevin Kiyev şəhərinin mərkəzində abidəsinin ucaldılması, onun adına istirahət parkının salınması, Ukraynanın ali təhsil ocaqlarından birinə Heydər Əliyev adına Beynəlxalq Sosial Elmlər İnsitutunun verilməsi heçdə təsadüfi deyil. Bu adlar uzun illər dahi bir şəxsiyyətin zaman -zaman bir xalqın qəlbində özünə ucaltdığı əbədi sevgi təcəssümüdür.

Onu da qeyd edək ki, iki ölkə arasındakı xeyirxahlıq ənənələri bu gün də davam etdirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə prinsipiallıqla davam etdirilən siyasi və iqtisadi strategiya ölkələrimizi dahada bir birinə six bağlayır. Bölgədə iri layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi gücünü artırmışdır. Bu da ölkəmizə dünya miqyasında bir sıra qlobal layihələrin həyata keçirilməsinə geniş şərait yaradır.

Ukrayna Azərbaycan iqtisadiyyatının stimullaşdırılmasını, müxtəlif texnogen qəzaların nəticələrinin aradan qaldırılmasındakı böyük fəallığını yüksək qiymətləndirir. Ötən illərdə Çernobıl Atom Elektrik Stansiyasında "Örtük" layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna Azərbaycan tərəfindən bir milyon dollar həcmində vəsait köçürülməsi ölkəmizin xeyirxahlıq ənənəsinin, dostluq və əməkdaşlığa sadiqliyinin bariz nümunəsi kimi dəyərləndirilir. Bu, eyni zamanda Azərbaycan - Ukrayna xalqları arasında qırılmaz dostluq əlaqələrinin daha sıx tellərlə bağlanmasından xəbər verir.

Vaxtıilə Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurub. Bu məqsədlə, təkcə 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-dək müqavilə, saziş və protokollar imzalanmışdır.

Həmin sənədlər müvafiq qaydada təsdiq olunmuş nazirlik, komitə, şirkət, konsern, birlik, mərkəzi idarə və təşkilatlara göndərilmiş, onların müddəalarından irəli gələn tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənmişdir. Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası möhtərəm prezidentimiz İlham Əliyev tərəfindəndə uğurla davam etdirilir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Ukraynaya etdiyi rəsmi və dövlət səfərləri ikitərəfli dostluq münasibətlərinin inkişafinda xüsusi rol oynamışdır. Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığa dair imzalanmış müqavilələr qarşılıqlı münasibətlərin inkişafına öz səmərəli töhvəsini verib.

Hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyətidə kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib.Azərbaycanda öz növbəsində Ukraynanın qarşılaşdığı indiki ağır dönəmində ozmənəvi yardımını əsirgəmir beynəlxalq arenada dost ölkənin ərazi bütövlüyünə dəstək verir.

Fərəhləndirici haldırki, bu gün Azərbaycan Ukrayna əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan daha fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir.Təbiiki ikitərəfli qarşılıqlı əlaqələrin durmadan inkişaf etməsinin kökündə müdrük düşüncənin məntiqi dayanır.O müdrük düşüncəki ,onun memarı və müıllifi dahi Heydər Əliyevdir.

Əfqan Salmanov Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti