...

Litvada ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 10 Dekabr 2015 14:26 (UTC +04:00)
9 dekabrda Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Kaunas Texnologiya Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.
Litvada ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

9 dekabrda Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Kaunas Texnologiya Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Həsən Məmmədzadə, ulu öndər Heydər Əliyevin şanlı həyat yoluna nəzər salıb və müasir Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Heydər Əliyevin öz həyatını dövlətimizin inkişafına həsr etdiyini qeyd edən H.Məmmədzadə ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması təşəbbüsünün təməli ümummilli lider tərəfindən qoyulduğunu və keçən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı tələbələrin Rusiyanın nüfuzlu elm ocaqlarında təhsil almağa göndərdiyini vurğulayaraq, Heydər Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat vermiş, onun tərəfindən əsası qoyulmuş və həyata keçirilmiş nəhəng layihələrdən danışıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri barədə danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti