...

Azərbaycanın bir sıra ölkələrdə yeni səfirləri təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Yanvar 2016 18:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nərgiz Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın bir sıra ölkələrdə yeni səfirləri təyin edilib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Nərgiz Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə N.Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev, həmçinin Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadənin isə Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti