...

DTX rəisi: Xarici Kəşfiyyat Xidməti ilə işgüzar münasibətlər var

Siyasət Materials 19 Yanvar 2016 16:04 (UTC +04:00)
“Əməkdaşların sayını 30 faiz azaltmışıq. Planımız odur ki, əməkdaşlarımızın fəaliyyəti daha operativ və çevik olsun”.
DTX rəisi: Xarici Kəşfiyyat Xidməti ilə işgüzar münasibətlər var

Bakı. Trend:

"Əməkdaşların sayını 30 faiz azaltmışıq. Planımız odur ki, əməkdaşlarımızın fəaliyyəti daha operativ və çevik olsun". Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti arasında işgüzar münasibətlər var:

"İki qurum arasında işgüzar münasibətlər var. Məlumat mübadiləsi aparırıq. Həmin qurumda da kadrlarla bağlı islahatlar aparılır. Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılanda qarşımıza tələb qoyuldu ki, hər iki qurum müasir tələblərə cavab verməlidir. Bizə bir ay vaxt verilmişdi. Bu müddət ərzində gördüyümüz işlərlə bağlı dövlət başçısına məlumat verdik. İndi öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyətimizi davam etdiririk".

M.Quliyev bildirib ki, hər bir şəhərdə Dövlət Təhlükəsizlik Xidmətinin şöbəsinin olmasına ehtiyac yoxdur: "Bizim fikrimiz odur ki, hər bir şəhərdə bu qurumun olmasına bu gün lüzum yoxdur. Böyük şəhərlərdə olacaq və sadəcə kurasiya əsasında o şəhərlərdən də biz məlumatları toplayacağıq. Sadəcə sərhədyanı şəhərlərdə işlərimizi daha güclü quracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti