...

Deputat: Prezident çıxış yollarını göstərdi, indi bu istiqamətlərdə fəal iş görmək lazımdır

Siyasət Materials 19 Yanvar 2016 20:13 (UTC +04:00)
Cənab Prezident İlham Əliyev həm Nazirlər Kabinetinin iclasında, həm də sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə mövcud vəziyyətdən bütün çıxış yollarını göstərdi
Deputat: Prezident çıxış yollarını göstərdi, indi bu istiqamətlərdə fəal iş görmək lazımdır

Bakı. Elçin Mehdiyev - Trend:

"Cənab Prezident İlham Əliyev həm Nazirlər Kabinetinin iclasında, həm də sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə mövcud vəziyyətdən bütün çıxış yollarını göstərdi. Bir iqtisadçı kimi bütün bu addımları dəstəkləyirəm. Yerdə qalır, bütün bu istiqamətlərdə fəal iş görmək". Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib ki, sahibkarlığın inkişafı istiqamətində işlər görülür: "Prezident İlham Əliyev də bildirdi ki, bundan da çox işlər görülməlidir və görüləcək. Mən əminəm ki, görülən bütün işlər iqtisadiyyatın daha da liberallaşmasına, vergi və gömrük sisteminin daha çevik işləməsinə şərait yaradacaq".

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin irəli sürdüyü təkliflərdə bütün məsələlər kompleks şəkildə əhatə olunub: "Son günlərdə Prezidentin fərmanlarında və irəli sürdüyü təkliflərdə bir çox sahələrdə kompleks dəyişikliklər və liberallaşma, sadələşmə istiqamətində mühüm tədbirlər nəzərdə tutulur".

Struktur islahatlarının aparılmasına gəlincə isə K.Nəbizadə bildirib ki, çevik idarəetmə mexanizmin yaradılması bu gün ən vacib məsələlərdən biridir: "Bu gün bütün dövlət qurumlarının fəaliyyətini nəzərdən keçirmək və hansı qurumun səmərəli, hansının səmərəsiz işlədiyinə baxmaq lazımdır. Təbii ki, bir-birinin funksiyalarını təkrarlayan dövlət qurumları ya birləşməli, ya da ləğv olunmalıdır. Düzdür, bunun bir fəsadı var ki, ixtisarlar olur, ancaq sahibkarlığın, özəl sektorun inkişafı ilə insanları bu istiqamətə yönəldib işsizliyin aradan qaldırılmasına nail olmaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti