...

20 Yanvar faciəsi Misir mətbuatında

Siyasət Materials 20 Yanvar 2016 01:02 (UTC +04:00)
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin məqaləsi Misirin bir sıra nüfuzlu və geniş oxucu kütləsinə malik qəzet və internet saytlarında yayılıb.
20 Yanvar faciəsi Misir mətbuatında

Bakı. Trend:

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin məqaləsi Misirin bir sıra nüfuzlu və geniş oxucu kütləsinə malik qəzet və internet saytlarında yayılıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə 1990-cı il 20 yanvar tarixində sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verilib, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin yaddaşlara dərin kədər hissləri ilə həkk olunduğu qeyd edilib.

O vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədi Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 yanvar əməliyyatı nəticəsində 147 insanın qətlə yetirildiyi, 700-dən artıq insanın isə yaralandığı barədə məlumatların əks olunduğu məqalədə qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında "Nobel" sülh mükafatının verilməsinin ədalətsiz olduğu xüsusilə qeyd edilib.

"Human Rights Watch" təşkilatının 20 Yanvar hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılğın "kütləvi cəzalandırma" kimi qiymətləndirildiyi məqalədə ayrıca qeyd olunub.

Məqalədə sovet ordusunun törətdiyi dəhşətli 20 Yanvar faciəsinin ardınca Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu xüsusi vurğulanıb.

Qeyd edək ki, məqalənin cari ilin 20 yanvar tarixində Misirin nüfuzlu "Ruzəl-Yusuf" qəzetində və digər mətbu orqanlarında da çap olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti