...

Deputat işğal altında olan ərazi adlarının obyektlərə qoyulmasına etiraz edib

Siyasət Materials 1 Fevral 2016 13:00 (UTC +04:00)
Millət vəkili Zahid Oruc Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin adlarının kafe və restoranlara, digər obyektlərə qoyulmasına etiraz edib.
Deputat işğal altında olan ərazi adlarının obyektlərə qoyulmasına etiraz edib

Bakı. Elçin Mehdiyev - Trend:

Millət vəkili Zahid Oruc Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin adlarının kafe və restoranlara, digər obyektlərə qoyulmasına etiraz edib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat bildirib ki, Şuşa və digər işğal altında olan rayonlarımızla bağlı adların ayrı-ayrı restoran və digər obyektlərə verilməsi halları yığışdırılmalıdır.

Z.Oruc Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəqil olmasını da təklif edib.

Bəzi icra başçılarının fəaliyyətini tənqid edən Z.Oruc deyib ki, bir icra başçısının gördüyü işləri və verdiyi qərarları, ondan sonra təyin olunan icra başçısının ləğv etməsi yolverilməzdir: "Biri gedir, başqası gəlir və əvvəlki məmurun qərarlarını ləğv edir. Bu, niyə belə olmalıdır ki?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti