...

Azərbaycan polşalı səyahətçinin gözü ilə

Siyasət Materials 2 Fevral 2016 13:47 (UTC +04:00)
Polşada nəşr olunan “4x4 Off-road pl” jurnalının fevral sayının “Sərgüzəşt” bölməsində “Transformasiya – Azərbaycan” adlı məqalə dərc olunub.
Azərbaycan polşalı səyahətçinin gözü ilə

Bakı. Trend:

Polşada nəşr olunan "4x4 Off-road pl" jurnalının fevral sayının "Sərgüzəşt" bölməsində "Transformasiya - Azərbaycan" adlı məqalə dərc olunub.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalənin müəllifi Mariuş Reveda, fotoların müəllifi isə İvona Kozlovyetsdirlər.

Mariuş Reveda uzun illərdən bəridir ki, dünyanın müxtəlif ölkələrinə səyahət edir və öz təəssüratları, hər bir turist üçün dəyərli ola biləcək məsləhətləri ilə www.kilometr.com internet saytında bölüşür.

Cənubi Qafqaza iki həftəlik səyahət edən Mariuş Reveda fürsətdən istifadə edərək 7 il bundan əvvəl olduğu Azərbaycana da 3 günlük səfər edib. 7 il bundan əvvəl gördüyü Azərbaycanla bugünki Azərbaycanı müqayisə edən müəllif ölkədə böyük dəyişikliklər olduğunu məqalədə dönə-dönə vurğulayır.

Müəllif məqaləni qeyd olunan fraqmentlə başlayır: "Bu ölkədə çox şey dəyişmişdir. Qərb avtomobilləri şəhərdə çoxluq təşkil edir. Yollar yaxşılaşmış, şəhər isə həqiqətən də çox səliqəli görünür. Azərbaycan məni tez-tez təəccübləndirir. Bu sözün müsbət mənasında belədir."

Məqalədə Bakını Moskva, İstanbul, Astana kimi şəhərlərlə müqayisə edən və Bakının qeyd olunan şəhərlərdən fərqli olaraq son illər ərzində daha çox inkişaf etdiyini vurğulayan məqalə müəllifi bildirir ki, Bakını Asiyada yerləşən, islam ölkəsi olan, tozlu və çirkli keçmiş Sovet Respublikası paytaxtlarından biri kimi xatırlayırdım. Lakin bu dəfə gördüklərimiz bizi çox təəccübləndirdi.

Müəllif qeyd edir ki, İçəri Şəhərin bərpası, ictimai parkların geniş ərazisi, turistik məlumatların keyfiyyəti, şəhər və ictimai nəqliyyat vasitələrinin hərəkətinin təşkili, küçələrin təmizliyi, həmçinin piyadaların mədəniyyəti yüksək səviyyədədir. Asiyada azərbaycanlılar bir Avropa şəhəri yaradıblar.

Avropa üslubunda bərpa olunan Bakının İşəri Şəhərinin hal-hazırda böyük şirkətlərin və bir çox şəxslərin qərargah və iqamətgahlarının yerləşdiyi bir məkan olduğunu vurğulayan müəllif burada artıq ucuz mağazaların, toz və dumanın olmadığını bildirir. O, Bakının İçəri Şəhərini Fransa və Almaniyanın qədim şəhərləri ilə bir tutur.
Məqalədə həmçinin Xınalıq kəndinə səfərdən də söhbət açan Mariuş Reveda Xınalığa gedən yoldan, turistlər üçün maraqlı tarixi və mədəniyyət obyektlərindən, muzey eksponatlarından yazır.

Məqaləyə eyni zamanda Azərbaycana 3 günlük səfəri əhatə edən çox sayda fotolar da əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti