...

Azərbaycan deputatları AŞ PA komitələrinin iclaslarında iştirak edəcəklər

Siyasət Materials 3 Mart 2016 20:27 (UTC +04:00)
Martın 7-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquqi işlər və insan haqları, Monitorinq və Mədəniyyət komitələrinin iclasları keçiriləcək.
Azərbaycan deputatları AŞ PA komitələrinin iclaslarında iştirak edəcəklər

Bakı. Trend:

Martın 7-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquqi işlər və insan haqları, Monitorinq və Mədəniyyət komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlərdə ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Elxan Süleymanov, Vüsal Hüseynov və Müslüm Məmmədov iştirak edəcəklər.

İclaslarda Avropa institutlarının şəffaflığı, dinc nümayişlər zamanı insan hüquqları pozuntularının qarşısının alınması, 2010-cu ilin 10 aprel tarixində Polşa nümayəndə heyətini daşıyan TU-154 təyyarəsinin Rusiya Federasiyasında qəzaya uğraması, internetdə fikir azadlığı, mədəniyyət və demokratiya, Şərqi və Mərkəzi Avropada regional dillərin təbliği, gənclər korrupsiyaya qarşı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Milli Məclisin deputatları müzakirə olunacaq məsələlər barədə çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti