Bakı-Trend:
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyəyə işgüzar səfərinin nəticələrini necə dəyərləndirirsiniz?
Cənab Prezidentin bu jestini yeni mərhələnin başlanğıcı hesab etmək olarmı?
Azərbaycan Prezidentinin bəyanatlarında dünyaya hansı ciddi mesajlar vardı?
Bu qardaşlıq münasibətləri üçüncü qüvvələri qıcıqlandırırmı?
Türkiyəyə qarşı xəyanəti hansı ölkələr etdi?
Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasına yönəlik "beşinci kolon" mövcuddurmu?
Türkdilli ölkələrin vahid ordusunun yaradılması mümkündürmü?
ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatının genişləndirilməsinə necə baxırsınız?
"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini SİYAVUŞ NOVRUZOVLA bu və ya digər məsələlərə aydınlıq gətirib.
SİTATLAR:
"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə jestini iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı hesab etmək olar"
"Bu gün Türkiyəyə və Azərbaycana qarşı təxribatlı planlar cızılır"
"Türkiyənin güclənməsinə imkan verməməyə çalışırlar"
"Türkiyə-Rusiya münasibətlərinin ən yaxşı dövründə təxribat törətdilər"
"ABŞ və Avropa Türkiyəyə qarşı müxtəlif fəndlər işlətdi"
"Türkiyənin ərəb siyasətində ilkin səhvi İraqa girməməsi oldu"
"Azərbaycan və Türkiyə münasibətlərinin pozulmasına çalışan "beşinci kolon" mövcuddur"
"Azərbaycan mətbuatında, Parlamentində, dövlət orqanlarında Türkiyə ilə münasibətlərin pozulmasına çalışan qüvvələr var"
"Türkiyə ilə münasibətlərinə görə Azərbaycana qarşı təzyiqlər olacaq"
"Türkdilli ölkələrin vahid ordusunun yaradılmasına imkan verməzlər"
"GÜNDƏMİN TRENDİ" verilişini Youtube, Twitter və ya Facebook-dan izləyə bilərsiniz.